Narkotik aludəçisi olan DGK məmuru kimdir? – İDDİAbackend

Dövlət Gömrük Komitəsində narkotik aludəçisi olan şəxslərlə bağlı DGK-nın sədr əvəzi, general-leytenant Şahin Bağırovun qərarı geniş müzakirələrə səbəb olub.

“Yeni Gündəm” axar.az-a istinadən bildirir ki, Ş.Bağırovun qərarı təsadüfi deyil. Belə ki, narkotik istifadəçisi olan gömrükçülər haqda kifayət qədər ciddi ittihamlar var.

Bu ittihamlardan bəziləri isə sensasiya xarakterlidir. İddialara görə, Komitənin rəhbərliyində təmsil olunanlardan biri də narkotik aludəçisidir.

 

 

Qeyd edək ki, unikal.org general-leytenant Şahin Bağırovun gömrük əməkdaşlarını narkoloji analizdən keçirdiyini yazıb. Nəticədə Hövsan və digər postlarda işləyən bəzi gömrük əməkdaşlarının narkotik istifadəçisi olduğu aşkarlanıb.

 

Bundan sonra Şahin Bağırov onların hamısını işdən azad edib.