Natiq Cəfərli: “Omicron” quru ilə gələ bilir, təyyarədən qorxur?!backend

“Operativ Qərargahın mətbuat konfransını izlədim. Məntiq yox, məzmun yox, dünyanın “psevdoliberal-faşizm” elitasının əzbərlərini təkrarlayan mənasız söz yığını eşitdim”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

“Sual verirlər ki, quru sərhədlər nədən açılmır? Cavab: “Omicron yayılır, ona görə”, olur. Yaxşı, bu “Omicron” noyabrda icad edildi ki, hamıya “buster” vursunlar, bəs əvvəl niyə açılmırdı? Tutaq ki, belədir, eyni qaydalarla (PSR test və COVİD-pasport) hava ilə sərhədi insanlar keçəndə “Omicron” gəlmir, quru yolu ilə eyni qaydarlarla insanlar gəlsə, bu yeni mərəz gələ bilər?! Kopoğlunun “Omicron”u ancaq quru ilə gələ bilir, təyyarədən qorxur?! Niyə açıq demirlər ki, AZAL və “Buta” üçün çalışırlar, Tiflisə artıq əlavə reyslər açıblar, bütün reyslər ağzına qədər dolu gedib-gəlir, AZAL/”Buta” yaxşı pul qazanır?!” – N.Cəfərli qeyd edib.