Natiq Məmmədovun qardaşının əmlakları müsadirə edildi – HÖKMbackend

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin müavini, 1-ci şöbənin rəisi, polkovnik Yasin Məmmədovun və onun qohumunun adına olan əmlakları müsadirə olunub.

“Yeni Gundem”-in məlumatına görə, bu barədə Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə bu gün elan olunan hökmdə qeyd olunub.

Hökmə görə, Yasın Məmmədovun mülkiyyətində olmaqla öz adına rəsmiləşdirilmiş 102 min 200 manat dəyərində Bakı şəhəri, M.Müşfiq küçəsi, 15/17 saylı evi, 104 min 400 manat dəyərində Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsi, 2a saylı evin 65,3 kv.metr sahəsi olan mənzili müsadirə edilib.

Bundan başqa, MTN zabitinin qohumu Fərid Məmmədovun adına rəsmişəldirilmiş 72 min manat dəyərində Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 5490 ünvanında yerləşən 12 hektar torpaq sahəsi müəyyən edilib və üzərinə həbs qoyulub.

Yasin Məmmədova məxsus ümumilikdə 278 min 600 manat məbləğində əmlak olması müəyyən edilib.

Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbənin rəisi, polkovnik Vüsal Ələkbərov, istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəisi müavini Sahib Ələkbərova hökm oxunub.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şıxəliyev 12 il, Yasin Məmmədova 10 il 6 ay, Vüsal Ələkbərova 12 il 6 ay və Sahib Ələkbərova 8 il cəza verilib.

Zamində olan Yasin Məmmədov, Sahib Ələkbərov və Vüsal Ələkbərovun barəsində həbs qətimlanmtıdbiri seçilib. Onlar məhkəmə zalından həbs edilib.

Qeyd edək ki, Yasin Məmmədov Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədovun qardaşıdır.

Demokrat.az