NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə yeni xüsusi nümayəndəsi fəaliyyətə başladıbackend

NATO Baş katibinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini və Baş katibin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə yeni xüsusi nümayəndəsi təyin olunub.

“Yeni Gündəm”-in xəbərinə görə, bu posta ispaniyalı diplomat Havyer Kolomina təyinat alıb.

İspaniyanın NATO-dakı nümayəndəliyi H. Kolominanın artıq vəzifəsinin icrasına başladığı barədə məlumat yayıb.