Ukraynada genişmiqyaslı müharibə başlayandan Rusiyanın 200 000-dən çox əsgəri, 1800-dən çox zabiti öldürülüb və yaralanıb.
Bunu NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin baş komandanı general Kristofer Kavoli bildirib.
O, bu müharibənin miqyasının inanılmaz olduğunu vurğulayaraq Rusiyanın Ukraynaya hücumundan sonra NATO-nun yeni reallığa uyğunlaşmasının vacibliyini söyləyib.
Komandanın sözlərinə görə, Rusiya ordusu orta hesabla gündə 23 mindən çox artilleriya mərmisi atır: “Ruslar həmçinin 2000-dən çox əsas döyüş tankını itirib”.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, müharibə başlayandan bəri Rusiya 152 190 hərbçisini itirib./Report