NATO: Müharibənin həlledici mərhələsinə qədəm qoyuruqbackend

NATO Ukraynadakı müharibənin həlledici mərhələsinin vaxtını proqnozlaşdırıb.

Bu barədə Alyansın Baş katibinin müavini Mirça Coane “Əl-Cəzirə” telekanalına müsahibəsində deyib.

“Biz müharibənin həlledici mərhələsinə qədəm qoyuruq. Artıq həftələr qalıb. Biz müharibənin mümkün eskalasiyasını gözləmirik”, – o söyləyib.

NATO rəsmisi əmindir ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı məğlubiyyətdən sonra Alyansa qarşı mübarizə aparmaq istəməyəcək.