Navalnı Rusiyada ötən ilin sonundan axtarışdadırbackend

Rusiyada axtarışda olanlar haqqında fərmanın imzalanması ilə müxalif siyasətçi Aleksey Navalnının adı 29 dekabr 2020-ci ildən etibarən ölkədə rəsmi olaraq federal axtarış siyahısına daxil edilib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə “Rossiyskaya Gazeta” saytı sənədə istinadla məlumat verib. Eyni zamanda Navalnı ilə əlaqəli axtarış tədbirlərinin keçən il 27 noyabrda başladığı qeyd edilir.

Qəzetin yazdığına görə, buna səbəb onun cinayət icra müfəttişliyinin nəzarətindən pis niyyətlə yayınması olub.

Nəşr Navalnının şərti olaraq cəzalandırıldığı üçün mütəmadi olaraq bunu etmək məcburiyyətində olmasına baxmayaraq, yoxlamaya hesabat verməyi dayandırdığını bildirib.

“Federal Penitensiar Xidmətin verdiyi məlumata görə, Navalnı müfəttişlərə yalnız bir dəfə – ötən ilin 23 noyabrında Almaniyada reabilitasiya keçdiyini bildirərkən, Rusiyaya qayıtma tarixi bilinmədiyi zaman məlumat verib”,- deyə nəşr qeyd edib.

Xatırladaq ki, 20 avqustda Tomsk-Moskva uçuşu əsnasında Navalnının vəziyyətinin pisləşməsilə təyyarə Omsk şəhərinə təcili eniş etmiş, siyasətçi təcili yardımla Omsk 1 nömrəli xəstəxanasına aparılmışdı. 22 avqustda isə o, yaxınlarının tələbi ilə xüsusi təyyarə vasitəsilə Berlinin “Şarite” klinikasına köçürülmüşdü.

Sentyabrın 3-də Almaniya hökuməti Aleksey Navalnının səhhəti ilə bağlı rəsmi mətbuat açıqlaması yaymışdı. Bəyanatda rus siyasətçinin tərkibinə görə “Noviçok” qrupuna aid olan sinir iflicedici maddə ilə zəhərləndiyi qeyd olunmuşdu.

28 dekabrda FSIN (Federal Penitensiar Xidmət – red.) Navalnıyı “Yves Rocher” işi üzrə şərti cəza çərçivəsində məcburi nəzarətdən yayınmaqda günahlandırıb. Şöbə, “Lancet” tibbi jurnalındakı bir məqaləyə istinad edərək siyasətçinin 20 sentyabrda zəhərlənmədən sonra xəstəxanadan çıxdığını və 12 oktyabra qədər xəstəliyinin bütün nəticələrinin getdiyini bildirib. FSIN, Navalnının sağaldığı və nəzarətə gəlməməsinin yoxlamanın nəzarətindən yayınması kimi qiymətləndirilməsinə qərar verib.