“Naxçıvan Bank”ın Bakıdakı şöbəsi fəaliyyətini dayandırdı – Nə baş verir?backend

“Naxçıvan Bank” ASC-nin “Bakı” şöbəsi fəaliyyətini dayandırıb.

Bu barədə bankdan məlumat verilib.

Noyabrın 1-dən etibarən bank şöbəsinin fəaliyyəti müvəqqəti olaraq qeyri-müəyyən müddətədək dayandırılıb.

“Bakı” şöbəsinin bağlanması bank rəhbərliyinin qərarı ilə bağlı olub.

“Naxçıvanbank”ın “Bakı” filialı fəaliyyətini davam etdirir və həmin bank şöbəsinin müştəriləri xidmətlər üçün filiala müraciət edə bilərlər.