“Naxçıvan Muxtar Respublikasının xilası və dirçəlişi  Ulu Öndər Heydər Əliyevin  adı ilə bağlıdır.”backend

Azərbaycanın keçdiyi tarixi yola nəzər salarkən,ümumiyyətlə,xalqımızın çoxminillik dövlətçilik tarixini vərəqləyərkən aydın olur ki,müxtəlif döövrlərdə ölkəmizə bir sıra şəxsiyyətlər rəhbərlik etmişlər.Ancaq bu şəxsiyyətlərin heç də hamısı xalqın sevgisini,hörmət və məhəbbətini qazana bilməmişlər.Lakin tarixdə elə şəxsiyyətlər də, olmuşdur ki, onlar öz fəaliyyətləri ilə tariximizdə dərin iz buraxmış,xalqın yaddaşına əbədi olaraq həkk olmuşlar.Azərbaycan tarixində çox böyük xidmətləri olan bu şəxsiyyətlər nə qədər yüksək zirvələrə qalxsalar da, ümumilli lider səviyyəsinə yüksələ bilməmişlər.Azərbaycanın çoxminillik dövlətçilik tarixində isə  bu adı yalnız bir nəfər – görkəmli dövlət xadimi və diplomat Heydər Əliyev qazana bilmişdir.

Ümumilli lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri şübhəsiz ki, Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır.

Hər birimizə yaxşı məlumdur ki, 90-cı illərin əvvəllərində Azərbaycan parçalanmaq,bir ölkə kimi məhv olmaq təhlükəsi qarşısında idi.Ulu Öndər Heydər Əliyevin 1991-ci ilin sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsindən sonra ölkəmizdə milli dirçəliş prosesi sürətlənmiş,həmin gündən başlayaraq elmi əsaslara söykənən dövlət qruculuğu prosesinə start verilmişdir.Bu mənada, 3 sentyabr, əslində,həm də siyasi və iqtisadi cəhətdən etibarlı dayaqlar üzərində qurulmuş müstəqil Azərbaycan dövlətinin təməllərinin atıldığı gün kimi tarixdə öz yerini tutmuşdur.Yurdumuzun fəlakətə sürükləndiyi bir vaxtda səsini yüksəldən,Azərbaycan həqiqətlərini bütün dünyaya çatdıran ümumilli lider Heydər Əliyevin vətənə dönüşü asan olmamışdır.

Moskva bütün gücü ilə dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycana qayıdışının qarşısını almağa çalışırdı.Lakin onlar Heydər Əliyevin xalqı ilə qırılmaz tellərləbağlılığını,qətiyyətini,dönməzliyini,uzaqgörənliyini nəzərdən qaçırmış və bunları kifayət qədər dəyərləndirə bilməmişlər.Təsadüfi deyil ki,ən yüksək dairələrdən verilmiş xəbərdarlıqlara,onu gözləyən ciddi təhlükələrə baxmayaraq ,Ulu Öndər Heydər Əliyev 1990-cı ilin iyulun 20-də Bakıya, iki gün sonra isə Naxçıvana gəlmişdir.Naxçıvana  qayıdış,böyük siyasətə yenidən fəal,ardıcıl və qətiyyətli qayıdış demək idi.Xalq öz böyük xilaskarını sonsuz  məhəbbət və ehtiramla qarşılamışdı.

30 sentyabr 1990-cı ildə keçirilən seçkilərdə xalqın böyük dəstəyi ilə Naxçıvan və Azərbaycan parlamentlərinə deputat seçilən dahi şəxsiyyət bütün qüvvə və bacarıqlarını xalqın üzləşdiyi problemlərin həllinə yönəltmişdir.

1991- ci ilin sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir.Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu Öndər Heydər Əliyevin gördüyü işlər,atdığı tarixi əhəmiyyətli addımlar Muxtar Respublikanın qurtuluşunu,dirçəlişini və həmrəyliyini təmin etmiş oldu.

Heydər Əliyevin ilk gündən başlayaraq atdığı addımlar,həyata keçirdiyi tədbirlər Naxçıvanı düşmən əlinə keçirmək təhlükəsindən xilas etdi.Muxtar Respublikanın rəhbəri kimi o,bölgənin erməni təcavüzündən müdafiəsi ilə bilavasitə məşğul olmağa başladı,bu məsələ onun əsas fəaliyyət istiqamətinə çevrildi.

Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasını Ermənistan hərbi təcavüzündən qorumaq,əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə Ali Məclisin 7 sentyabr 1991-ci il tarixli qərarı ilə Naxçıvan MR Dövlət Milli Müdafiə Komitəsi yaradıldı. Bu qərar Naxçıvanın müdafiəsinin güclənirilməsi istiqamətində atılan ilk addım oldu. Sonrakı dövrlərdə qəbul edilmiş tarixi qərarlarla isə Naxçıvanda yerləşən sovet qoşunlarına məxsus hərbi texnika və silahların yüz faiz muxtar respublikada saxlanması təmin olunmuşdur. Beləliklə muxtar respublikada Milli Ordu yaradılışdır.

1992-ci ilin iyun ayının əvvəllərində respublikada yaranmış gərgin ictimai-siyasi hadisələr pik nöqtəyə çatmış,Gəncədə baş verən silahlı qarşıdurmalar fonunda hakimiyyət böhranı bütün ölkəni öz cənginə almışdı.Vəziyyətin getdikcə ağırlaşdığını görən xalq yeganə ümid yeri kimi həmin vaxt Naxçıvanda yaşayan Heydər Əliyevə üz tutdu.Xalq ulu öndərə müraciət edib Bakıya gəlməsini və vəziyyətdən çıxış yolu tapmasını təkidlə xahiş etdi.Ulu Öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə gəlməklə respublikanı parçalanmaqdan xilas etdi.Həmin gündən etibarən ulu öndərin müdrik daxili və xarici siyasəti nəticəsində vaxtilə Naxçıvanda başlanan müstəqillik yolu ölkə miqyasında davam etdirildi.

Ömrünün böyük hissəsini xalqına və Azərbaycanın müstəqilliyinə,tərəqqəsinə həsr edən Ümumilli lider Heydər Əliyevin yorulmaz fəaliyyəti və uzaqgörənliyi sayəsində doğma Azərbaycanımız dünyanın inkişaf etmiş ölkələri ilə bu gün bir sırada dayanır.Bu gün dövlətimiz Heydər Əliyev ideyaları ilə yaşayır və onun dövlətçilik konsepsiyası əmin əllərdədir. Xüsusilə qeyd etmək lazımdır ki,bu gün regionun,Cənubi Qafqazın,dünyanın nüfuzlu bir dövlətinə çevrilmiş Azərbaycan ulu öndər Heydər Əliyevin uğurlu siyasətinin şah əsəridir.

Alızadə Mehriban

Azərbaycan Dövlət Pedaqoji Universiteti