Naxçıvan Rəssamlar Birliyində 15 sentyabr – Bilik Günü’nə həsr olunmuş sərgi keçirildibackend

Sərgidə Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyyə Həmzəyeva çıxış etmiş, gələn qonaqlara sərginin mahiyyətindən, öz təəssüratlarını və dövlət qayğısından söz açmışdır.

“Yeni Gundem” xəbər verir ki, rəssamlar Birliyinin sədri çıxışında həmçnin bildirmişdir ki, mövzuya uyğun, maraqlı əsərlər seçilərək Türkiyənin İqdir vilayətində yeni istifadəyə verilmiş “Şuşa” uşaq bağçasına hədiyyə olaraq göndəriləcəkdir.

Sonra “Optimal Qrup Akademiyanın” rəhbəri və təsisçisi Murad Rüstəmov, rəsm kursunun müəlliməsi Yaqut Əhmədova, rəssamlar birliyinin üzvləri Elman Cəfərli, Həmzə Sadiqov, Tapdıq Həmzəyev, Qəhrəman Tağıyev, Ələsgər Ələsgərli iştirakçıları təbrik etmiş, xoş arzuları çatdırmışlar.
Sərgidə iştirak edən valideynlər çıxış edərək, öz təşəkkürlərini bildirmişlər.
Sərgidə iştirak edənlərə Naxçıvan Rəssamlar Birliyi tərəfindən diplomlar təqdim olunmuşdur.
Sonda xatirə fotosu çəkilərək, ekspozisiyaya baxış keçirilmişdir.

Foto reportaj Azraz Xudiyev