Naxçıvana qaz Türkiyədən veriləcək – Yeni qərarbackend

Azərbaycan ilə Türkiyə arasında yeni bir qaz kəməri qurulur.

“Yeni Gündəm” “Milliyyet”ə istinadən xəbər verir ki, əsasən Naxçıvanın təbii qaz ehtiyacı Iğdır-Naxçıvan təbii qaz kəməri ilə təmin ediləcək.

Layihənin reallaşması üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan ilk qərar bu gün Türkiyənin rəsmi mətbuat orqanı “Resmi Gazete”də yayımlanıb.

Qərara əsasən Iğdır vilayəti və ətrafındakı bir neçə bölgə dövlət mülkiyyətinə verilib.