Naxçıvanda komanda-qərargah təlimləri keçirilibbackend

Naxçıvanda komanda-qərargah təlimləri keçirilib.

Yeni Gundem” xəbər verir ki, Əlahiddə Ümumqoşun Orduda məqsəd qərargah və şəxsi heyətin döyüş vərdişlərinin təkmilləşdirilməsi olan komanda-qərargah təlimləri keçirilib.

Əlahiddə Ümumqoşun Ordunun 2023-cü il üçün Döyüş Hazırlığı Planı”na uyğun olaraq, qoşunların müxtəlif dərəcələrə çatdırılması üçün təlimlərə cəlb olunan birləşmə və hərbi hissələr “Həyəcan” siqnalı ilə qaldırılaraq təlimlərin keçirildiyi ərazilərə çıxarılıb.

Təlimlərin növbəti mərhələsində komanda məntəqələrində əməliyyatlar planlaşdırılıb, müxtəlif fəaliyyət üslubları üzrə protokollar tərtib edilib, praktiki hərəkətləri yerinə yetirən bölmələrin tapşırıqları dəqiqləşdirilib, bölmələrin qarşılıqlı fəaliyyətinin təşkili və onların hərtərəfli fəaliyyətinin təşkili üçün plan və hesabatlar hazırlanıb.

Qərargahın qəbul etdiyi qərarlara uyğun olaraq, Əlahiddə Ümumqoşun birləşmələrinin qarşılıqlı fəaliyyəti tətbiq edilib.

Simulyasiya Mərkəzində keçirilən məşqin yekun mərhələsində kompüterlərdə qarşıda duran vəzifələr işlənib.

Fərahim Rəhimov