Naxçıvanla bağlı daha bir YENİLİKbackend

Naxçıvan MR-nı8n dövlət qurumları “İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemi”nə (İESD) inteqrasiya olunacaq.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, bununla bağlı qurumun əməkdaşları 5-7 yanvarda muxtar respublikada olub.

İESD ölkə prezidentinin 4 sentyabr 2012-ci il tarixli fərmanına uyğun Dövlət Xidmətinin operatorluğu ilə yaradılıb. Xidmət əməkdaşları Naxçıvanda olan zaman dövlət orqanlarında tətbiq olunan elektron sənəd dövriyyəsi sisteminin informasiya təhlükəsizliyinin cari vəziyyətini nəzərdən keçirib, İESD və gücləndirilmiş elektron imza həllərinin muxtar respublikanın dövlət qurumlarında tətbiqi üçün infrastrukturu yerində qiymətləndirib, yerli Rabitə və Yeni Texnologiyalar Nazirliyinin sözügedən sistemlərə məsul mühəndis-proqramçı heyətinə İESD və gücləndirilmiş elektron imza həlləri barədə məlumat verib, Xidmətin operatoru olduğu həllərin təhlükəsizliyi, digər sistemlərlə inteqrasiya imkanları və təhlükəsiz istismarı mövzusunda seminar keçirib.

Hazırda İESD-nin informasiya sisteminə ümumilikdə 145 dövlət qurumu 1 226 işçi yeri ilə qoşulub. Ötən il İESD vasitəsi ilə dövlət qurumları 25 619 sənəd göndərib, 25 606 sənəd qəbul edib.