Naxçıvanla sərhəddə qoşun… – ZƏNGƏZUR, GÖYÇƏ qorxusubackend

“Dövlət başçılarının çıxışlarının heç biri təsadüfi olmur. Deyilən hər cümlə üzərində siyasət qurulur. Ölkələr həmin istiqamətə səfərbər olur”.

“Yeni Gündəm” xəbər verir ki, bu sözləri siyasi şərhçi Elxan Şükürlü açıqlamasında deyib. O bildirib ki, Qələbə paradında edilən çıxışlar nəinki Ermənistan, həmçinin onları himayə edənlərə də mesaj idi:

“Zəngəzur, Göycə məsələsi ilk dəfə deyildi ki, çıxışlarda adı hallanırdı. Prezidentin 2018-ci ilin aprelin 18-ində çıxış etdiyi nitqi xatırlayaq. Əsas ifadələr o zaman da deyilmişdi. Lakin mövcud abu-havaya görə həmin ərazilərin adlarının çəkilməsi daha çox diqqətə səbəb oldu. Ona görə də erməniləri hazırda narahat edən məsələ Mehri dəhlizi, Zəngəzur bölgəsidir. Hətta müharibə zamanı da onlar Azərbaycan Ordusunun Naxçıvan istiqamətində hücum etmə ehtimalını düşünərək, həmin əraziyə qoşun yığıb, hazır vəziyyətdə dayanmışdılar. Lakin 44 günlük müharibənin nəticəsi onu göstərdi ki, Azərbaycan başqa ölkələrin ərazisinə iddialı deyil”.Redaktor.az