Nazarbayevin qızı ölkə vətəndaşlarına təşəkkür etdibackend

Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayevin adı 300 milyon dollardan çox vəsaiti ölkədən çıxarmaqda hallanan kiçik qızı Aliya Nazarbayeva ölkə vətəndaşlarına təşəkkür edib.

“Yeni Gündəm” xəbər verir ki, Aliya Nazarbayeva bu barədə öz sosial şəbəkə hesablarında paylaşım edib.

“Sizdən aldığım dəstəyə görə təşəkkür edirəm. Həmçinin atama verdiyiniz mənəvi dəstəyə görə də minnətdarlığımı bildirirəm. O, bu günlərdə müxtəlif bölgə sakinlərindən çox sayda ismarışlar alır”, – deyə Aliya qeyd edib.

O, ölkədə baş verən iğtişaşlar zamanı həlak olan və xəsarət alan insanlardan da danışıb: “Qoy hamımız üçün bu amansız dərs tariximizdə sonuncu olsun. İnsanların sülh dövründə həlak olması düzgün deyil”.