Nazir: Gələn həftədən 50-yə yaxın bağçanın isti yeməklə təminatına başlanılacaqbackend

Növbəti həftədən 50-yə yaxın bağçanın isti yeməklə təminatına başlanılacaq. Bu say 100-ə qədər artırılacaq.

“Yeni Gundem”-in xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, bağçalarda köhnə normativlərin dəyişdirilməsi üzərində iş gedir:

“Qidalanma mütəxəssisləri ilə birgə ilkin standartlar hazırlanıb”.