Nazir Hətəmov Aprel şəhidi Mirzə Novruzovun məzarını ziyarət etdi – FOTOLARbackend

Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mücadiləsi tarixində şanlı səhifələr çox olmuşdur.

Xalqımızın igid və qəhrəman oğulları bu yolda canlarından keçmiş, həyatlarını qurban vermişlər. Tariximizin belə səhifələrindən biri də 2016-ci ilin aprel hadisələridir.

Bəli növbəti böyük qalibiyyətimizdən 2016 -cı ilin Aprel ayında Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdi.

Lakin illərin ötüb keçməsinə baxmayaraq aprel döyüşlərində qəhrəmancasına şəhid olan soydaşlarımızın xatirəsi bizim qəlbimizdə bu gün kimi, dünənki kimi daim yaşayacaq.

Şəhid olan oğullarımız sırasında 2016-ci ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində və ətraf ərazilərin ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi uğrunda döyüşlərdə şəhid olan Bakı şəhər sakini Mirzə Səlvər oğlu Novruzovda var.

Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları üzrə “Edinstvo” (“Birlik”)Regionlararası Konqreslər Assosiasiyasının vitse-prezidenti Nazir Hətəmov, “Gündəm Media Group”un rəhbəri Təbriz Məhərrəmoğlu, şəhidin xalası qızı Röya Nəbizadə və xalası nəvəsi Sevinc SeyyidAsifli ilə birlikdə bu gün şəhidlik zirvəsinə ucalmış şəhidimiz Mirzəni ziyarət etdilər.

Qeyd edək ki, baş leytenant Mirzə Novruzov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 5-i isə Mirzə Novruzov doğulduğu Bakı şəhərində, II Fəxri Xiyabanda son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və baş leytenant Novruzov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Mirzə Novruzov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edildi.