Nazir Hətəmovun həyat yolu, xidməti və fəaliyyətibackend

Nazir Şiraslan oğlu Hətəmov Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları üzrə “Edinstvo” (“Birlik”)Regionlararası Konqreslər Assosiasiyasının vitse-prezidenti.

Nazir Hətəmov 1976-cı ilin iyul ayının 10-da Laçın rayonunun Dambulaq kəndində anadan olmuşdur. Atası Hətəmov Şiraslan Əsgər oğlu 1938-ci ildə, anası Hətəmova Fatma Rəfi qızı isə 1940-cı ildə Laçın rayonun Dambulaq kəndində anadan olub. Valideynləri 1962-ci ildə Laçın rayonunda ailə qurublar. Ailəsində bir bacı, bir qardaşı var. 1980-ci ilə kimi Laçın və Kəlbəcər rayonlarında yaşayıblar. 1980-ci ildə iş yeri ilə əlaqədar olaraq Tərtər rayonun Qapanlı-Qaradağlı kəndinə köçüblər. Böyük qardaşı hərbçi olduğu üçün o da uşaqlıqdan hərbçi olmaq arzusunda olmuşdur və buna nail olmuşdur. 1994-cü ilin avqustun 28-dən 29-a keçən gecə erməni kəşfiyyatçıları tərəfindən atası güllələnərək və bir neçə süngü yarası alaraq şəhid olmuşdur. Hərbçi ailəsində böyüyən Nazir Hətəmov 1994-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirdikdən sonra, Xabarovski şəhərində Ali Hərbi məktəbə daxil olmuşdur. Nazir Hətəmov öz təhsilini 1994-cü ildən Rusiya dövlətində davam etdirməsi üçün C.Naxçıvanski Hərbi Hazırlıq Məktəbinin rəhbəri general-leytenant Barşadlı tərəfindən göndərilmişdir. Oxuduğu artereliya üzrə Ali Hərbi Komandanlıq Akademiyasını qırmızı diplomla bitirmişdir. Qulluq etdiyi hərbi hissələr Uzaq Sibirdə (Dalnıy Vostokda) yerləşmişdir. Qulluq zamanı bir zabit kimi müxtəlif orden və medallarla təltif olunmuşdur. 2005-ci ildə isə Vladivastok Dövlət İqtisad Universitetini bitirmişdir.

Fəaliyyəti

Nazir Hətəmov Ali Hərbi məktəbi bitirdikdən sonra, Amur vilayətində – Rusiya Federasiyası Silahlı Qüvvələrində xidmətə başlamış, bir çox vəzifələri tutaraq, “Kapitan” rütbəsinə qədər yüksəlmişdir. Daha sonra Saxalində hərbi tapşırıq almış və Saxalin Vilayəti Hərbi Komissarlığında xidmət rəisi vəzifəsində çalışmışdır. Hərbi qulluq etdiyi müddətdə müxtəlif tərifnamə və medallarla təltif olunmuşdur.

Nazir Hətəmov 2012-ci ildən ehtiyata buraxılmış və hazırda Rusiya Silahlı Qüvvələrinin təqaüdçüsüdür. 2013-cü ilin iyun ayından Ümumrusiya Azərbaycan Konqresinin Saxalin vilayəti üzrə regional bölməsinin sədridir. 2015-ci ildə isə Saxalin vilayəti qubernator yanında millətlərarası və konfesiyalararası münasibətlər Şurasının üzvü seçilmişdir. Seçildiyi zamandan Saxalin vilayətinin bütün şəhərlərində, Uzaq Sibirin (Dalnıy Vostokun) ayrı-ayrı şəhərlərində diaspor qurumlarının yaranmasında xüsusi təşəbbüs göstərmis və buna nail olmuşdur. Ermənistanın Azərbaycana hərbi təcavüzünü, Azərbaycan millətinə qarşı erməni vəhşilyinin həqiqətlərini və Azərbaycan hərbçilərinin öz torpaqları uğrunda döyüşərək şəhid olmaqlarını Rusiya,Çin,Koreya dövlətlərinin səfirlik nümayəndələrini öz tədbirlərinə dəvət edərək çatdırmışdır. Qarabağın, İrəvanın, Göyçənin, Zəngəzurun qədim tarixi haqqında xarici dövlət nümayəndələrinə dəfələrlə bir həqiqət olaraq çatdırılmasına nail olmuşdur.

Diaspor fəaliyyəti ilə də məşğul olan Nazir Hətəmov AzərKIVIHI-nın sədri Çingiz Qurbanoğlu tərəfindən “İnam Şərəf” və “Azərbaycan Bayrağı” diplomuna, Veteranlar təşkilatının medalına və “Presspark” jurnalının fəxri diplomuna layiq görülmüşdür.

Diasporda xidmətlərinə görə 19 oktyabr 2018-ci il tarixində “Dədə Qorqud” Milli Fondunun Ağsaqqallar Şurası tərəfindən “Qızıl Ürək” medalı ilə təltif olunub.

18-19 oktyabr Novosibirsk şəhərində keçirilən “Dostluq Körpüsü: Rusiya – türkdilli və slavyandilli ölkələr və müasirliyin qlobal çağırışları” mövzusunda regionlararası Forumunda yeni yaradılan Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları üzrə “Edinstvo” (“Birlik”) Regionlararası Konqreslər Assosiasiyasının vitse-prezidenti seçilib.

Rusiya Fedarasiyasının Saxalin vilayətinin Ümumrusiya Azərbaycan Konqresinin EKS sədri.