Nazir Sahil Babayev qazi jurnalistə hörmətsizlik etdibackend
“Nazir Sahil Babayev qazi jurnalistə hörmətsizlik etdi”. Bu barədə Bakı-Xəbər Media Qurupunun rəhbəri Aydın Quliyev şəxsi facebook səhifəsində yazıb, naziri jurnalist qazilərə qarşı ayrı-seçkilikdə günahlandırıb.
“Yeni Gündəm” Aydın Quliyevin statusunu olduğu kimi təqdim edir:
“Qazi jurnalistlərimizin Əmək….nazirliyində qəbul xəbərindən bir ” əmma” olmasaydı tam razı qalardım.Şəhid və qazilərin xalqımızın hər bir nəslinin boynuna misilsiz haqq qoyduqlarına heç bir vaxt şübhə olmayacaq və olmamalıdır.Şəhid jurnalistlərimiz ikiqat şəhid, qazi jurnalistlərimiz ikiqat qazidir.Vətən müharibəsinə könüllü yollanmış jurnalistlərin isə şəhidliyi də, qaziliyi də üçqatdır.Nazir Sahil Babayevin qəbulunda olmuş qazi jurnalistlərmizin bundan da dəfələrlə üstün sayqıya haqq etdiklərini danmaq olmaz. Lakin müharibəyə könüllü getdiyi üçün hətta üçqat hörmətə layiq olan qazi jurnalistlərdən kiməsə sayqısızlıq ediləndə , ya yarımçıq hörmət qoyulanda dəhşətə gəlməyə bilmirsən.
Həmin sayqısızlığı , yarımçıq hörməti təəssüf ki, Sahil Babayevin qəbul tədbirində gördük.Kimin səhvi olmasından asılı olmayaraq nazirin tədbirinə kölgə düşdü, üstəlik bu nazirliyin getdikcə daha çox ictimai narazılıq doğurmaqda olan ” islahat layihələrinə ” şübhələr də böyüdü .Bakı-xəbərin müxbirinə saymazlıq, sayqısızlıq edildi .Sahil Babayevin tədbirinə jurnalistlərin siyahısını tutanlar yol verdikləri yarımçıqlıqla neçə -neçə qazinin gözündə ədalət anlayışını öldürdülər, üstəlik üçqat qazi jurnalistin …Çünki müxbirimiz Nahid Salayev iki uşaq atası olmasına və 36 yaşını tamam etməsinə baxmayaraq sentyabrın 29-da Səbail rayon səfərbərlik idarəsindən könüllü olaraq təkidlə müharibıyə getdi, Şuşa ətrafına qədər gedib çıxdı, ağır sinir travması ilə Füzulidə və Bakıda hospitallarda müalicə aldı.Üçqat qazi jurnalistə qarşı Sahil Babayevin ədalətsizliyindən Səbail rayon səfərbərlik qurumlarına da pay düşür…Mətbuat Şurasının 29 -30 nəfərlik qazi jurnalistlər siyahısında yer almış Nahid Salayevin Sahil Babayev üçün qəbul siyahısı tutanların nəzərindən yayınması haqq qazandırılası bir şey deyil…
Tanıyanlar bilir ki, öz şəxsi maraqlarımla bağlı heç vaxt hansısa məmur qapısını açmadım, lakin öz yolunu mənim taleyimə bağlamış əməkdaşlarımı haqq etdiyi məqsədə yetişdirmək üçün istənilən qapını açmağa hazır oldum və açdım da.Təbii olaraq onlara qarşı edilmiş heç bir ədalətsizliyi də həzm etmədim..Belə sayqısızlıqdan sonra mənim jurnalistim Sahil Babayevin nazirliyinin qapısını heç bir şərt daxilində təbii ki açmayacaq.
Sahil Babayevin əlaqədar məmurundan ” nazirliyinizdən neçə nəfər könüllü müharibədə oldu” sualıma cavab ala bilmədim.Odur ki, bu barədə bilgisi olan dostlardan məlumat almaq istəyirəm-Sahil Babayevin nazirliyindən kiminsə müharibəyə könüllü getdiyi barədə hansı bilgiləriniz var?”