Nazir Tunç: Mülki konstitusiyanı millətimizə gətirmək üçün çalışacağıqbackend

Nazir Tunç 12 sentyabr 1980-ci il çevrilişinin qara ləkə olduğunu və yenidən qara günlərə qayıtmamaq üçün sivil konstitusiyanın türk millətinə gətirilməsinə çalışacaqlarını bildirib.

“Yeni Gundem” xəbər verir ki, Ədliyyə naziri Yılmaz Tunç sosial media hesabından verdiyi açıqlamada, “demokratiya tarixində qara ləkə” olaraq xarakterizə etdiyi 12 sentyabr 1980-ci il çevrilişindən 43 il keçdiyini bildirib.

Türk millətinin davamlı olaraq çevrilişlər və muhtıralarla əngəlləndiyini, qaranlıq günlərə qayıtmamaq üçün sivil konstitusiya üçün çalışacaqlarını qeyd edən Tunç:

“Davamlı olaraq çevrilişlərlə, muhtıralarla əngəllənən millətimiz, cənab prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə qəyyumluğa, çevrilişçi zehniyyətlərə yol vermədi. Ölkəmizin bir daha o qara günlərə qayıtmaması üçün Türk əsrinə yaraşan, demokratik, liberter, plüralist və əhatəli sivil konstitusiya qəbul etməlidir və qanunun aliliyinə söykənməlidir.” “Bunu millətimizə çatdırmaq üçün bütün gücümüzlə birlikdə çalışacağıq”.