Nazir yeni idarə rəisi təyin etdibackend

Uzun illər Fövqəladə Hallar Nazirliyinin Maddi-Texniki Təchizat İdarəsinin rəisi vəzifəsində işləmiş Amal Teymurov maliyyə pozuntularına görə işdən çıxarılıb. “Qaynarinfo”nun əldə etdiyi məlumatına görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə onun yerinə daxili xidmət mayoru Elnar İmanov təyin edilib.

Qeyd edək ki, Elnar İmanov bu vəzifəyə kimi Maliyyə-iqtisadiyyat Baş idarəsinin rəisi Zaur Zeynalovun müavini və baş zabiti vəzifəsində çalışıb.