Nazirin tapşırıqlarını saymayan Həqiqət Şükürova gəlirlərini belə artırırbackend
Kəlbəcər rayon 23 nömrəli tam orta məktəbin direktoru Həqiqət Şükürova qaydalara zidd olmasına baxmayaraq, son 3 ildə rəhbərlik etdiyi məktəbin 10-cu sinifinə 100-dən çox yerli Bakı məktəblərindən və litseylərdən rüşvət müqabilində şagird qəbul etmişdir.
Yerli şagirdlərin sayəsində qrup yaradaraq (10, 11) küllü miqdarda dövlət vəsaiti mənimsəmiş və həmin şagirdlərin təhsilini kağız üzərində təşkil etməklə aylıq müqabilində repititor yanına getməyə şərait yaratmışdır. Təhsil Nazirliyinin (2019-2020) Goranboy rayonunda təşkil etdiyi zona iclasında keçmiş nazir müavini Məhəbbət Vəliyeva 23 nömrəli məktəbdə adı çəkilən neqativ halın olduğunu desə də, bu günə kimi Həqiqət Şükürova haqqında heç bir tədbir görülməmişdir.

Xeberfakt.az