Nazirlər Kabineti buğda və unla bağlı qərar verdibackend

Azərbaycandan ununun ixracına qoyulan gömrük rüsumu dəyişib.

“Yeni Gündəm”-in məlumatına görə, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi ilə bağlı qərarda əksini tapıb.

Qərara əsasən, bərk buğda, yumşaq buğda, pərinc və buğda-çovdar ununa tətbiq edilən 15% ixrac gömrük rüsumu hər 1000 kiloqramına 200 ABŞ dolları ixrac gömrük rüsumu ilə əvəz olunub.

Eyni zamanda Azərbaycanda ixrac olunan buğdanın hər 1000 kiloqramına 200 ABŞ dolları ixrac gömrük rüsumu tətbiq ediləcək.

Bu Qərar 2022-ci il mayın 1-dək qüvvədədir.