Nazirlər Kabineti “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik etdibackend

Nazirlər Kabineti “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”də dəyişiklik edib.

“Yeni Gündəm”-in xəbərinə görə, qərara əsasən, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə yeni 1.13-cü bənd əlavə edilib.

Həmin bəndə əsasən, tabeliyində hərbi-həkim komissiyaları və həkim-uçuş komissiyaları olan dövlət orqanları hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilməyə dair sənədlər üzrə məlumatları onların 2 rəsmiləşdirildiyi gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə” altsisteminə daxil etməlidirlər.