Nazirlər Kabineti karantin rejimi ilə bağlı məlumat yaydıbackend

Azərbaycanda xüsusi karantin rejimi dövründə bəzi məhdudiyyətlər aradan qaldırılıb.

“Yeni Gundem” xəbər verir ki, Azərbaycan Nazirlər Kabineti “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər haqqında” qərar qəbul edib.

“28 mart 2023-cü il saat 06:00-dan etibarən bütün xarici dövlətlərin vətəndaşlarının və bu ölkələrdə daimi yaşayan digər dövlətlərin vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin hava nəqliyyatı ilə Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir.

COVID-19 pasportunun (COVID-19-a qarşı tam peyvənd olunduğunu və ya COVID-19-dan sağaldığını və toxunulmazlığı təsdiq edən sənəd) aşağıdakı hallarda tələb olunmur:

xarici dövlətlərin vətəndaşları və bu ölkələrdə daimi yaşayan digər dövlətlərin vətəndaşları, habelə vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasına gələrkən;

müəyyən yerlərə (bayramların keçirildiyi yerlərə, idman-sağlamlıq obyektlərinə, iri ticarət mərkəzlərinə, iaşə obyektlərinə, mehmanxanalara, şəhərlərarası (rayonlararası) nəqliyyat marşrutlarına və belə tələbin müəyyən edildiyi digər yerlərə) səfər edərkən”.

Fərahim Rəhimov