Nazirlər Kabineti qaydada dəyişiklik etdibackend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyalarında əlilliyin qiymətləndirilməsi qaydaları dəyişir.

“Yeni Gündəm”-in məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Əlilliyin qiymətləndirilməsi Qaydası”na dəyişiklik edib.

Beləliklə, terror hadisəsi ilə əlaqədar əlilliyi qiymətləndirilən şəxs terror hadisəsi nəticəsində zərər çəkməsini təsdiq edən sənədi cinayət prosesini həyata keçirən orqanın qərarını kağız daşıyıcıda və ya elektron formada Agentliyə təqdim edir. Agentlik terror hadisəsi ilə əlaqədar əlillik səbəbini həmin qərar əsasında müəyyən edir.