Nazirlər Kabineti qərar verdi – Şəhid ailəsi statusunun verilməsi qaydası dəyişdibackend

Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Fövqəladə Hallar Nazirliyinin verdiyi arayışlarla da təsdiq olunacaq.

“Yeni Gundem”-in xəbərinə görə, bu barədə Nazirlər Kabineti müvafiq qərar qəbul edib.

Fövqəladə Hallar Nazirliyi şəhid və şəhid ailəsi statusu verildiyi tarixdən 5 (beş) iş günü müddətində bu barədə məlumatı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edəcək.