Nazirlər Kabineti qərar verəcəkbackend

Azərbaycan Respublikasında xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği təsdiqlənəcək.

“Yeni Gündəm”-in məlumatına görə, bu, Prezident İlham Əliyev tərəfindən imzalanan “Təhsil haqqında” və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 104-VIQD nömrəli Qanununun tətbiqi barədə fərmanlarda dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb.

Fərmana əsasən, Nazirlər Kabineti 3 ay müddətində Azərbaycanda xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısını və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləğini təsdiq etməlidir.