Nazirlər Kabineti şəhid ailələri ilə bağlı qərarda dəyişiklik etdibackend

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edilməsi barədə qərar qəbul edilib.

“Yeni Gundem” xəbər verir ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 630-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 nömrəli Qərarı (Azərbaycan Respublikasının

Qanunvericilik Toplusu, 1999, № 3, maddə 191, № 6, maddə 388,

№ 8, maddə 534; 2002, № 3, maddə 148, № 4 (II kitab), maddə 199; 2003, № 6, maddə 342; 2006, № 5, maddə 474, № 9, maddələr 819, 830; 2008, № 2, maddə 130; 2009, № 7, maddə 604; 2010, № 3, maddə 264; 2012, № 12, maddə 1356; 2016, № 4, maddə 824, № 7, maddə 1343, № 9, maddə 1585, № 11, maddə 1976; 2017, № 2, maddə 306, № 4, maddə 610, № 5, maddə 994; 2019, № 9, maddə 1552; 2020, № 10, maddə 1295, № 11, maddə 1397; 2021, № 3, maddə 275, № 4, maddə 404, № 7, maddələr 871, 875, № 10, maddə 1164, № 12, maddələr 1518, 1535; 2022, № 1, maddə 74, № 8, maddə 974; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 15 noyabr tarixli 412 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 5.1-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:

2

1. Birinci cümlədə “Respublikası və müvafiq şəhər (rayon) icra hakimiyyətlərinin” sözləri “Respublikasının dövlət” sözləri ilə əvəz edilsin və həmin cümləyə “fondlarından” sözündən sonra “, habelə dövlət icbari şəxsi sığorta vəsaiti hesabına” sözləri əlavə edilsin.

2. İkinci cümlə ləğv edilsin.

Fərahim Rəhimov