Nazirlər Kabineti siyasi partiyalara ianələrin verilməsi ilə bağlı qayda hazırlayacaqbackend

Nazirlər Kabineti 3 ay müddətində siyasi partiyaların qəbul etdikləri ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatların təqdim edilməsi qaydasını hazırlayacaq.

Bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Siyasi partiyalar haqqında” qanunda əksini tapıb.

Fərmana əsasən, həmçinin, Nazirlər Kabineti 3 ay müddətində bazar qiyməti ilə müqayisədə imtiyazlı şərtlərlə verilmiş əmlakın (o cümlədən verilmiş borc (kredit) və s.), görülmüş işin və ya göstərilmiş xidmətin dəyərinin onun bazar qiymətindən aşağı olan hissəsi və öhdəliyin zamin tərəfindən icrasına görə, həmçinin borcun bağışlanmasına, müddətin keçməsinə və ya öhdəliyin bilavasitə siyasi partiya tərəfindən icra edilməsi ilə bağlı olmayan digər hallara görə onun xitamı nəticəsində əldə olunan pul vəsaiti və ya digər əmlak (onun dəyəri) barədə məlumatların təqdim edilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.

Eyni zamanda fərmana əsasən, Nazirlər Kabineti 3 ay müddətində siyasi partiyanın maliyyə hesabatının formasını, məzmununu və təqdim edilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir.