Nazirlər Kabinetindən BDU ilə bağlı QƏRARbackend

Bakı Dövlət Universitetində prorektorların say həddi müəyyənləşdirilib.

“Yeni Gündəm”-in xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Bakı Dövlət Universitetinin Nizamnaməsi”nə dəyişiklik edib.

Beləliklə, Universitetin 7 (yeddi) prorektoru vardır. Universitetin prorektorlarının sayı Təhsil Nazirliyi ilə razılaşdırmaqla dəyişdirilə bilər.

Qeyd edək ki, prorektorları, Universitetin təqdimatı əsasında Təhsil Nazirliyi təyin edir. Rektor olmadıqda, Universitetin fəaliyyətinə rəhbərliyi Təhsil Nazirliyi tərəfindən müəyyən edilən prorektor həyata keçirir.