Nazirlər Kabinetindən daha bir qərarbackend

Nazirlər Kabineti “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edib.

Bona Dea Beynəlxalq Xəstəxanası donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən (ürək, böyrəklər, qaraciyər, mədəaltı vəzi, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişası) tibb müəssisələrinin Siyahısına əlavə edilib.

Həmçinin, “Donor orqanların transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin Siyahısı”na da dəyişiklik edilib. Dəyişikliyə əsasən,Bona Dea Beynəlxalq Xəstəxanası ürək, böyrəklər, qaraciyər, mədəaltı vəzi, nazik bağırsağın bir hissəsi, gözün buynuz qişasının transplantasiyasını həyata keçirən ixtisaslaşdırılmış tibb müəssisələrinin siyahısına əlavə edilib.