Nazirlik: İlin əvvəlindən əmək haqqı, pensiya və müavinətlərin, təqaüdlərin növbəti dəfə artırılması təmin edilibbackend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən həmin dövrdə qeyd olunan istiqamətlər üzrə əhaliyə 2 mlrd. 717 mln. manat vəsait ödənilib.

Bu barədə nazirlikdən məlumat verilib.

Bu da ötən ilin eyni dövrünə nisbətən 7,8% və ya 198 mln. manat çoxdur.

Qeyd edək ki, növbəti islahat paketi olaraq cari ilin əvvəlindən əmək haqqı, pensiya və müavinətlərin, təqaüdlərin növbəti dəfə artırılması təmin edilib.