Nazirlik tədbir keçirdi, musiqiçi oğurluq etdibackend

Gənclər və İdman Nazirliyinin keçirdiyi tədbirdə iştirak edən musiqiçi oğurluq etdiyinə görə həbs olunub. Qaynarinfo-nun məlumatına görə, hadisə martın 5-də Dənizkənarı Milli Parkda Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən tədbir zamanı baş verib.

Belə ki, tədbirdə Laçın Allahverdiyeva məxsus 100 manat dəyərində qış gödəkcəsi və cibindəki pul kisəsi oğurlanıb. Kul kisəsində 150 manat olub.

Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin apardığı araşdırma zamanı Laçın Allahverdiyevanın gödəkçəsini və pul kisəsini oğurlayan şəxsin 1991-ci il təvəllüdlü Ümid Rüstəmov olduğu müəyyənləşib. Bəlli olub ki, Ümid Rüstəmov nazirliyin dəvəti ilə musiqiçi kimi tədbirə dəvət edilib.

Ümid Rüstəmov martın 11-də, saat 17:00 radələrində saxlanılıb. O, ifadəsində əməlindən peşman olduğunu bildirib.

Məhkəmənin qərarı ilə təqsirləndilən şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib və 25 gün müddətinə inzibati qaydada həbs edilib.