Nazirlikdə yarım milyona yaxın yeyinti edən şəxslərlə bağlı QƏRARbackend

Ali Məhkəmədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sabiq vəzifəli şəxsləri – Hidrometeorologiya departamentinin direktoru olmuş Əkbər Həsənov, departamentin baş mühasibi İlqar Hacıyev və Departamentin digər işçiləri – Orxan Qasımov, Tural Hacızadə və Təbriz Əliyev barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

“Yeni Gündəm”-in məlumatına görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, hökm və ya qərar dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılıb.

Qeyd: Bakı Ağır Cinayətlər Məhkəməsinə gör, təqsirləndirilən şəxslərin hər birinə şərti cəza verilib. Onlardan yalnız İlqar Hacıyev həbsdə idi. Həmin şəxs məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, onlara qarşı Cinayət Məcəlləsinin mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və daha bir neçə maddəsi ilə ittihamlar irəli sürülüb.

Məhkəmədə məlum olub ki, iş üzrə zərərçəkmiş tərəf kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı 27 nəfər şəxs də var. Onlar nazirliyin əməkdaşlarıdır.

Belə ki, Əkbər Həsənovun rəhbərliyi ilə təqsirləndirilən şəxslər nazirlikdə şəbəkə quraraq külli miqdarda vəsaiti mənimsəyiblər. Onlar əmək müqaviləsi bağlamayan işçilərin əmək haqlarını ayrı-ayrı kartlara köçürərək ələ keçiriblər. Zərərçəkən 27 nəfər də məhz əmək müqaviləsi izmalanmayan, maaşları karta köçürülərək mənimsənilən şəxslərdir.

Xatırlatma: Uzun illər nazirliyin Hidrometeorologiya Departamentinin direktoru Əkbər Həsənovun və baş mühasibi İlqar Hacıyevin adı Departamentin maliyyə yükünün “şişirdilməsində”, quruma tabeli stansiyalarda çoxsaylı “ölü can”ların saxlanmasında çəkilirdi.

Əkbər Həsənovun Bakı şəhərində, Ağdaş və Qəbələ rayonlarında xeyli sayda mülklərinin, obyektlərinin və digər daşınmaz əmlaklarının mövcuddur. Əkbər Həsənovun 2012-ci ildən Milli Hidrometeorologiya Departamentində rəhbər vəzifələrdə – direktor və direktor müavini işləyib. Pravda.az