“Nazirlikdən yanlız nazir müavini Firuddin Qurbanovla danışa bilirəm”backend

Milli Məclisin deputatı Razı Nurullayev Milli Məclisdə çıxışında Elm və Təhsil Nazirliyi ilə bağlı fikirlərini səsləndirib.

”Yeni Gundem”
 
xəbər verir ki, Millət vəkili hesab edir ki, Nazirlik mexanizmi sökür yeni sistem qurmaq istəyir.

“Bu günə qədər Elm və Təhsil Nazirliyini tənqid etməmişəm.Gözləmişəm ki, bəlkə yanaşmaları dəyişər.Qarşılıqlı hörmət olar. Haçan çalışırlar ki, hər şey daha yaxşı olsun, hər şey daha da pis olur. Bunlar mexanizmi söküb, yeni sistem qurmaq istəyirlər.Köhnə sistemə 24 saat dua oxutdururlar.İmişlidə işə ehtiyacı olanlar qapımızı döyür.Niyə həll etmirlər?İmişlidə təkcə texiniki işlər üzrə 38 vakansiya var.Niyə uyğun inşaları təyin etmirlər?Gözləyirlər ki, o məqsədlər üçün ayrılan pulları dövlətin büdcəsinə qaytarsınlar?

Bəs o insanların ah -naləsi, göz yaşlarından qorxmurlar?Təhsil Nazirliyində yanlız nazir müavini Firuddin Qurbanovla danışa bilirəm.Digərləri cavab vermirlər.Hörmətsizlik edirlər.”

Fərahim Rəhimov