Nazirliyə tabe qurum “Azərsu”nu məhkəməyə verdibackend
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi məhkəməyə müraciət edərək dövlət qurumlarından birinə qarşı iddia qaldırıb.
“Yeni Gündəm” xəbər verir ki, Agentlik Bakı Kommersiya Məhkəməsinə müraciət edərək “Azərsu” Açıq Səhmdar Cəmiyyətini məhkəməyə verib.
Agentlik iddia edib ki, “Azərsu” müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən imtina edir.
İşə hakim Aytən Əliyevanın sədrliyi ilə martın 29-da baxılacaq.