“Nə üçün yoldan hər cür qeyri-qanuni fəaliyyət üçün istifadə etmək olar, amma etiraz etmək düzgün deyil?”-XİN rəsmisibackend

Əgər Laçın yolu blok altında olsaydı, oradan heç bir avtomobil keçməzdi. Nə üçün yoldan hər cür qeyri-qanuni fəaliyyət üçün istifadə etmək olar, amma etiraz etmək düzgün deyil?

“Yeni Gundem” xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviter hesabında yazıb.

XİN rəsmisi ABŞ-nin ATƏT-dəki daimi nümayəndəsinin yalan xəbərlərə aldanmasınıda vurğulayıb.
“Təəssüf ki, ABŞ-nin ATƏT-dəki daimi nümayəndəsi “blokada” və “humanitar vəziyyət” haqqında yalan xəbərlərə aldanıb”.-deyə Ayxan Hacızadə qeyd edib.

Fərahim Rəhimov