Nebenzya: “Qərb Ukraynaya silah verməklə müharibə cinayətləri törədir”backend

“Qərb Ukraynaya silah göndərməklə guya potensialını və Rusiyanı dəf etmək qabiliyyətini gücləndirmək adı altında yeni hərbi cinayətlər törədir”.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Rusiya Federasiyasının BMT Təhlükəsizlik Şurasındakı daimi nümayəndəsi Vasili Nebenzya şuranın iclasında çıxış edib.

Nebenzya Ukrayna əsgərlərinin son 8 ildə olduğu kimi bu silahla Donbassın mülki məhəllələrinə hücumlarını davam etdirdiklərini, qadın, uşaq və qocaları öldürdüyünü bildirib.

“ABŞ Ukraynaya İngiltərə istehsalı olan uzun silahlarla təmin edib. Uşaqların Beynəlxalq Müdafiəsi Gününə bir gün qalmış Donetsk vilayətinin Makeyevka şəhərinə bu silahlardan atılan güllədən 5 nəfər, o cümlədən 5 yaşlı Mira adlı qız həlak olub.Bu, Vaşinqtonun guya tez bir zamanda bitirmək istədiyini iddia etdiyi münaqişənin daha da artmasına səbəb olacaq. Beynəlxalq Cinayət Məhkəməsi də bunu bilməlidir, əgər bu qurum ədalətlə məşğuldursa…”.