“Nəfəs” ictimai birliyi aylıq fəaliyyət hesabatını təqdim edib – FOTO / VİDEObackend

Bir il ərzində yaranmış “Nəfəs” İnsanlığa Dəstək İctimai Birliyi 2021-ci il böyük nailiyyətlər ilə geridə qoydu.

Eyni maraqlar uğrunda birləşmiş könüllülərin təşəbbüsü ilə yaradılan, ictimai əsaslarla fəaliyyət göstərən, gəlir əldə etməyi nəzərdə tutmayan, fəaliyyət istiqamətini yardımlaşma və dayanışma prinsipləri əsasında həyata keçirən bu insanlıq hərəkatı çıxdıqları yolda yüzlərlə insana və ailələrə maddi-mənəvi dəstək olub, onların arzularını reallışdırmağa çalışıb.

“Yeni Gündəm” xəbər verir ki, “Nəfəs” ictimai birliyi dekabr ayına olan hesabatını təqdim edib.

3 dekabr Beynəlxalq Əlillər Günü münasibətilə Milli Xalça Muzeyində təşkil olunan “sərhədsiz sənətkarlıq” adlı xeyriyyə sərgi yarmarkası təşkil olunub.

“Nəfəs” ictimai birliyinin dəstəyi ilə həyata keçirilən sərgidə fiziki məhdudiyyətli olan bir qrup istedadlı insanların əsərləri və əl işləri nümayiş olunub.

Noyabr ayında isə “Nəfəs” ictimai birliyi tərəfindən Nərimanov rayonunda yaşayan gözdən əlillər yataqxanasında bir çox ailələr ziyarət edilib.

Azərbaycan Dövlət Pedoqoji universitetinin tarix-coğrafiya fakültəsinin sonuncu kurs tələbəsi olan Kamalın kəsr borclarını və son kurs üçün nəzərdə tutulan illik təhsil haqqı qarşılanıb.

Dekabr ayında həmçinin autizmdən əziyyət çəkən Abbaszadə Nihanın müalicəsi birliyin öhdəliyindədir .5 yaşlı Nihan anadangəlmə bu sindromla doğulub və valideynləri onu 2 yaşından etibarən müalicə etdirdiklərini deyirlər.

Sosial çətinliklərə görə yarım qalmış müalicə hal-hazırda “Qüsursuz nitq korreksiya” mərkəzində davam etdirilir.


Noyabr ayında şəhid Budaqov Yusifin anası Lətafət xanımın kirayə yaşadığı evi ziyarət edib problemləri birlik tərəfindən dinlənilib .Həm həyat yoldaşını həm də yeganə övladını vətənə qurban verən Lətafət xanıma yardımsevər vətəndaş tərəfindən bağışlanmış mənzilin mebel və əşyalarla təminatını da birlik təmin edib.


Həmçinin dekabr ayında Vüsalə Paşayevanın dünyaya yenicə göz açan övladının ciddi qayğıları üçün xəstəxanaya olan ödənişi də qarşılanıb.
Böyrək və ağciyərində olan problemlərlə bağlı Türkiyədə müalicə alması üçün Əliyeva Vüsaləyə maddi dəstək göstərilib.

Həyat yoldaşını itirmiş aztəminatlı Məhluqə Xələfovanın gündəlik həyat şəraitinin yaxşılaşdırılması üçün bir müddət əvvəl dərzilik kursu başladılıb .

Şəhid Hüseynli İbrahimin oğlu Əlituranı isə artıq bir ildir ki, Nəfəs ictimai birliyi himayəsinə götürüb .

Əslən Qusar rayonundan olan şəhidimiz Zamanov Sənanın Bakıda özəl məktəblərdən birinə qəbul olan övladının təhsili və kirayə mənzilin ödənişi də həyata keçirilib.

Xatırladaq ki, “Nəfəs” İctimai Birliyinin sədri Firəngiz Balakişiyevadır.

VİDEO