“Nəfəs” ictimai birliyi serebral iflicindən əziyyət çəkən uşağa yeni nəfəs verdibackend

Serebral iflicindən əziyyət çəkən Şəms “Nəfəs” ictimai birliyinin qonağı oldu.

“Yeni Gündəm” xəbər verir ki, sədr Firəngiz Balakişiyeva açıqlamasında qeyd etdi ki, həyat dolu təbəssümü ilə hər birimizin qəlbini isidən bu kiçik qızımızın 6 yaşı var. “Nəfəs” İctimai Birliyi olaraq Şəmsin əlindən tutub 1 il boyunca bütün müalicə məsrəflərini öhdəliyimizə götürdük. “Qüsursuz Nitq” Korreksiya Mərkəzində Şəmsin loqopedik masaj, psixopedaqoq və fizioterapiya seanslarına artıq başlamışıq.

Həkimlərimiz də, biz də ümid edirik ki, təyin olunan müalicə prosesi davam etdikcə Şəmsin vəziyyətində müsbət dəyişiklikləri müşahidə etməyə başlayacağıq.

Yenigundem.az