Neft bahalaşmaqda davam edirbackend

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2022-ci ilin yanvar müqaviləsinin dəyəri 0,24% artaraq 1 barelə görə 82,84 dollar təşkil edib.

“Yeni Gündəm”-in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin dekabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,23% artaraq 81,53 dollar təşkil edib.