Neftçala icra başçısı Mirhəsən Seyidov rayonu talayırbackend

Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov Xolqarabucaq kənd ərazisindən başlayaraq Qızılağac Dövlət Qoruğu da daxil olmaqla 750 hektar torpağı öz şəxsi biznesi üçün əldə edib.

Bundan əlavə Tatarməhlə kənd  nümayəndəliyi Fəxrəddin Nəzirov tərəfindən ikinci islahat torpaqlar, vətəndaşların örüş sahələrini hətta 1993-cü ildən bəri şəhidin torpağını mənimsəyiblər. Bunların hamısına başçılıq edən təbii ki, Rayon İcra Hakimiyyətidir. Torpağların əksəriyyəti Fəxrəddin Nəzirov və Neftçalada sahibkar kim tanınan Ziyafət Hüseynov tərəfindən mənimsənilib.

Şəhidlərin yas məclislərinin keçirilməyini, dəfn mərasimlərini və baş daşlarının qoyulmasını öz üzərindən ataraq sahibkarları  sıxışdıraraq məcburi şəkildə yönləndirən Mirhəsən Seyidov bunun üçün dövlətin ayırdığı pulları hara xərcləyib?

Qarabağ qazilərini, şəhid ailələrini narazı salan İcra nümayəndəlikləri , onları bir dəfə də olsun axtarıb, maraqlanmır. Bu da sakinlərin haqqlı narazılıqlarına səbəb olur.

Neftçalanın icra başçısı Mirhəsən Seyidovun Prezident tərəfindən neftçalalılara xidmət etmək üçün vəzifələndirilməsindən bir ilinə çox az qalıb. Bəs bu müddət ərzində neftçalalılar üçün nəyinsə dəyişdiyini, hansısa sahədə neftçalalılar üçün yüngüllüyün yarandığını demək olarmı? Neftçalalıların dediyinə görə yox. Neftçalalılar iddia edirlər ki, yeni gənc başçı ümumiyyətlə davranışları ilə belə, hazırda həbsdə olan sabiq başçı İsmayıl Vəliyevdən heç nə ilə fərqlənmir.

Mirhəsən Seyidov dəniz sahilində, xalq arasında “Müşviq” deyilən, Neftçalanın Şirvanlı kəndində İstirahət Mərkəzi tikdirib. Dəniz sahilində yüzdən artıq “besetka” hazırlatdırıb və istifadəyə verib. Besetkaların birini isə pandemiyadan öncə çimərliyə gələnlərə  20 manata verir. Bu işləri və İstirahət Mərkəzinin əsas binasının tikintisini icra başçısının Bakıdan özü ilə gətirdiyi Rüstəm adlı yaxın qohumu idarə edir.

Neftçalda son illər ərzində işsizliyin sürətlə artdığı qeyd edərək bildirmək istərdik ki,  rayon sakinləri də günü-gündən Neftçalanın boşaldığını etiraf etdilər. Rayon ağsaqqalları rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun yarıtmaz fəaliyyəti sayəsində onun rayonu talan etdiyini söylədilər.Sonxebertv.info