Neftçalada “COVID-19” xəstəsi ilə bağlı cinayət işi başlanıldıbackend

Neftçala rayonunda evdən çıxan koronavirus xəstəsi ilə bağlı cinayət işi başlanılıb.

Neftçala rayon prokurorluğundan “Yeni Gündəm”-ə verilən məlumata görə, rayon sakini 1995-ci il təvəllüdlü Qasımov Elşən Fərman oğlu “COVID-19” virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.

Faktla bağlı Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Neftçala rayon Polis Şöbəsinə göndərilib.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir