Neftçalada marketi dağıdan şəxs sosial şəbəkələrdə məşhur imiş – VİDEObackend

Neftçala rayonunda keçmiş məhkum marketə hücum edib.

“Yeni Gündəm”-in məlumatına görə, marketə daxil olan şəxs 300 manat tələb edib. Mağaza işçiləri pulu vermədiyi üçün müştəri əlindəki dəmir parçası ilə vitrinləri dağıdıb. Mağaza sahibi 5 min manatdan çox ziyan dəydiyini deyib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov “Qafqazinfo”ya bildirib ki, hadisəni törədən şəxs saxlanılıb.

“Görüntülərdən xəbərdarıq. Hadisə Neftçala rayonu Bankə qəsəbə sakini, əvvəllər məhkum olunmuş Azad Təhməzov tərəfindən törədilib. Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb, araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, Azad Təhməzov sosial şəbəkələrdə yayılan videoları ilə də tanınır.