Neftçalada qazimizə ŞOK haqsızlıq: III qrup əlillik kimə verilir?backend

44 günlük Qarabağ savaşı sona çatdı. Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında düşməni kapitulyasiyaya imza atmağa məcbur etdi. Bu bizim zəfərimiz idi. Bu savaşda canını sağlamlığını qoyan əlillərimizi qarşı haqsızlıq edənlər var.

Busaat.az saytına müraciət edən Vətən müharibəsinin iştirakçısı Həsənov Murad Teyyub oğlu haqsızlığın qurbanı olduğunu bildirir. Qazimiz Neftçala rayonundan həqiqi hərbi xidmətə çağrılıb, Vətən müharibəsində döyüşən, Füzuli rayonu uğrunda gedən döyüşlərdə minaya düşərək bir ayağını itirib. Onun qəhrəmanlığı Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. 19 yaşlı Murad Həsənov Ali Baş Komandan tərəfindən “İgidliyə görə”, “Füzulinin işğaldan azad edilməsinə görə” medalları ilə təltif edilib. Amma savaşdan sonra ona əlilik dərəcəsini verənlər haqsızlıq edərək, bir ayağını Qarabağda itirən qazimizə III qrup əlilik dərəcəsi veriblər.
Təsəvvür edin, biz qardaşımızın haqqını ödəyə bilmərik, amma ona qarşı belə haqsızlıq edilir.
Bu, işə baxan tibbi komissiyanın günahıdır. Qardaşımıza qarşı biganə olan digər müvafiq orqanların günahıdır. Təcili məsələyə bir də baxılmalı, günahkar lar cəzalandırılmalıdır. Məsələ ilə bağlı Neftçala rayon İcra Hakimiyyəti ilə əlaqə saxlasaq da zənglərimizə cavab verən olmadı. Yəqin ki, Neftçala rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov bu məsələni öz nəzarətinə götürəcək və qazimizin haqqını əldə etməyə kömək edəcək.