“Neftçi” Honda ilə müqavilə imzaladı – RƏSMİbackend

“Neftçi” klubu yeni transferi Keysuke Honda ilə rəsmi müqavilə imzalayıb.

“Yeni Gündəm” xəbər verir ki, müqaviləyə klub prezidenti Kamran Quliyevlə 35 yaşlı yaponiyalı yarımmüdafiəçinin özü imza atıb.

Hondaya 4 nömrəli forma təqdim olunub.

Quliyev yeni transferlə mövsümün sonunadək müqavilə imzaladıqlarını və qismət olarsa, daha da uzadacaqlarını bildirib. O, Hondaya yeni komandasına çempionluğa gedən yolda dəstək olacağına inam ifadə edib: “Sizə xoş gəlmisiniz” deyirəm. Ayağınız düşərli olsun”.

Qeyd edək ki, 98 dəfə Yaponiya millisininin formasını geyinmiş Keysuke Honda 37 qol vurub. O, İtaliya “Milan”ı ilə yanaşı, Niderlandın “Venlo” və “Vitess”, Rusiyanın MOİK (Moskva), Meksikanın “Paçuka”, Avstraliyanın “Melburn Viktori”, Braziliyanın “Botafoqo” komandalarında da çıxış edib.

Ulduz futbolçunun son olaraq Portuqaliya “Portimonense” klubu ilə müqavilə bağlayıb. Lakin o azı 3 ay azad agent statusu daşımadığı üçün yerli futbol liqasının qərarına əsasən, meydana çıxa bilməyib və fevralın 11-də klubla yollarını ayırıb.