Apellyasiya Arbitraj Tribunalının yeni qərarları açıqlanıb.
“Yeni Gundem” xəbər verir ki, bu barədə qərarları AFFA açıqlayıb.
Qərarlardan biri də “Difai” FK tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsidir.
İntizam Komitəsi tərəfindən AFFA Region Liqasında çıxış edən “Difai” FK barəsində qəbul edilmiş 0:3 hesablı texniki məğlubiyyət cəzası ləğv olunub.
“Neftçi” PFK tərəfindən verilmiş apellyasiya şikayətləri isə təmin edilməyib.
İntizam Komitəsi tərəfindən AFFA Gənclər Liqasında çıxış edən “Neftçi” komandasının futbolçusu Oruc Məmmədov barəsində 4 oyun və “Neftçi“ komandasının baş məşqçisi İlyas Qurbanov barəsində verilmiş 5 oyun kənarlaşdırma cəzası qüvvədə saxlanılıb.
Fərahim Rəhimov