“Neftçi”nin veteran futbolçusunun yubileyi qeyd edildibackend

“Neftçi”nin veteran futbolçusu Adil Hüseynovu 70 illik yubileyi qeyd edilib.

“Yeni Gundem”-in xəbərinə görə, Neftçi” PFK-nın prezidenti Kamran Quliyev klubun veteran futbolçusu Adil Hüseynovu 70 illik yubileyi münasibətilə təbrik edib.

Yubilyara ən xoş arzularını çatdıran klub rəhbəri ona xatirə hədiyyəsi təqdim edib.

Qeyd: Veteran futbolçu 1952-ci il oktyabrın 2-si Bakı şəhərində anadan olub. Uşaq yaşlarından futbola böyük həvəsi olan Adil Hüseynov 7 yaşından “Neftçi”nin hazırlıq qrupunda futbolunun sirrlərini öyrənib. “Neftçi”nin sabiq futbolçusu Adil Hüseynov əfsanəvi 70-cı illər nəslinin nümayəndələrindəndir. O, futbolçu karyerası ərzində yarımmüdafiəçi mövqeyində çıxış edib.

Hazırda Azərbaycan Respublikası Ticarət və Sənaye palatasının vitse-prezidenti vəzifəsində çalışan, Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru olan sabiq futbolçu 1973-1979-cu illərdə Bakının əfsanəvi “Neftçi” və Naxçıvanın “Araz” klublarında çıxış edib.