Neftə tələbin artması “qara qızıl”ı cüzi bahalaşdırıbbackend
Dünyada neftə olan tələbin artması “qara qızıl”ın cüzi bahalaşmasına səbəb olub.
“Yeni Gündəm” xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin mart fyuçersləri 0,84% bahalaşaraq, 1 bareli 87,81 ABŞ dollarına satılıb. WTI neftinin mart fyuçerslərinin qiyməti isə 0,83% artaraq, 1 bareli 85,85 ABŞ dolları təşkil edib.
Ardıcıl 5 həftədir ki, neft bazarında qiymət artımı davam edir. Təkcə ötən həftə ərzində “Brent” markalı neft 2%, WTI nefti isə 1,5% bahalaşıb.
Analitiklərin qənaətinə görə, dünyanın bir çox hissələrində koronavirusa yoluxma sayında rekord qeydə alınsa da, bu, neftə olan tələbə bazarın gözləntisindən daha az təsir edib.